1992 - 1993 - cü illər ərzində torpaqlarının 20 faizi erməni faşistləri tərəfindən işğal olunmuş Azərbaycan 2020 - ci ilin 27 sentyabrında başladığı əks hucum əməliyyatı nəticəsində 44 gün davam edən Vətən müharibəsini zəfərlə başa çatdırdı. Müharibədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dövlət qurumlarına işğaldan azad edilmiş ərazilərdə dinc quruculuq işlərinə start verməyi tapşırdı. Müharibənin başa çatmasından iki ilə yaxın qısa bir müddət keçməsinə baxmayaraq , erməni vandalları tərəfinən dağıdılmış ərazilərdə xeyli iş görülmüş, böyük infrastruktur layihələri həyata keçirilməkdədir. Bütün qeyd olunanlarla yanaşı ölkəmiz digər sahələrdə də sürətlə inkişaf etməkdədir. Ölkədə nəzərdə tutulmuş bütün iri layihələr, müxtəlif infrastruktur layihələri, iri sosial layihələrin həyata keçirilməsi heç bir ləngimə olmadan yerinə yetirilir . Ölkədə prioritet məsələlərdən biri olan ordu quruculuğunda da böyük işlər görülməkdədir. Bir sözlə müharibənin ölkə iqtisadiyyatına vurduğu böyük zərərlər aradan qaldırılır, respublikamız inkişaf tempini günü - gündən sürətləndirir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin, xalq - ölkə başçısı birliyinin nəticəsində reallığa çevrilir. Avqustun 12 - də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci Vitse Prezidenti , birinci xanım Mehriban Əliyeva Ağsu və İsmayıllı rayonlarına səfər etmişlər. Səfər çərçivəsində onlar İsmayıllı rayonunun qədim tarixə malik olan Basqal kəndində olmuş orada yerləşən tarixi abidə, "Diri baba" türbəsində aparılan restavrasiya işləiri ilə tanış olmuşlar. Səfər zamanı ölkə rəhbəri Azərbaycan televiziyasına müsahibə vermişdir. O , qeyd etmişdir ki, Basqal kəndinin qədim tarixə malik olması, buranın unikal təbiəti, buranı turizm nöqteyi - nəzərindən daha əhəmiyyətli bir məkana çevirmişdir. Məhz bu məqsədlə burada böyük otel kompleksi inşa edilmişdir. Müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenə də əsas diqqəti Azərbaycan - Ermənistan münasibətlərinə yönəltmişdir. Ölkə Başçısı qeyd etmişdir ki , təəssüflər olsun ki , Ermənistan 10 noyabr bəyannaməsinin müddəalarını yerinə yetirmək əvəzinə, yenə də müxtəlif bəhsnələrlə məsələni uzatmağa çalışır. Mən dəfələrlə demişəm ki, Zəngəzur dəhlizi açılmalıdır . Lakin bəlkə də qaytardılar prinsipi ilə yaşayan erməni tərəfi məsələni uzatmağa çalışır. Bəzən onlar tərəfindən dırnağarası status barədə müxtəlif sərsəmləmələr olur . Mən dəfələrlə demişəm və bir daha bəyan edirəm ki , heç bir ststusdan söhbət gedə bilməz . Qarabağda yaşayan ermənilər digər Azərbaycan vətəndaşları kimi, digər etnik qruplar kimi yaşamaq hüququna malikdirlər . Əks təqdirdə harada yaşamaq üçün seçimi onlar özləri etmək zorunda qalacaqlar . Daha sonra ölkə Başçısı Laçın dəhlizinin alternativ yola köçürülməsi baradə danışdı . O , qeyd etdi ki , Laçın şəhərinin alternativ yolun çəkilişindən sonra boşaldılması üçtərəfli bəyannamədə öz əksini tapmışdır. Biz qısa zamanda həmin yolun Azərbaycan ərazisinə düşən 34 kilometrlik hissəsini artıq çəkmişik . Erməni tərəfi isə öz ərazilərinə düşən 8 kilometrlik yolu indiyə qədər işləməyib və bəyan etdilər ki , biz o yolu 2023 - cü ilin sonuna qədər tikib istifadəyə verəcəyik . Mən razılaşmadım və qeyd etdim ki , avqustun 5 - də Laçın yolunu bağlayacağıq, onda yol hazır olanda gediş - gəlişi bərpa edərik. O , saat təşvişə düşdülər və avqustun sonuna qədər vaxt istədilər. Prezident eyni zamanda vurğuladı ki, mən Dövlət Qaçqınkoma göstəriş vermişəm ki, Laçın şəhər sakinləri, Zabux və Sus kənd sakinləri ilə görüşsünlər. Tezliklə Laçın şəhər əhalisinin, Zabux və Sus kəndlərinin əhalisinin doğma yurdlarına qayıdışını təşkil etmək lazımdır. Əminəm ki, onlar bu xəbəri sevinclə qarşılayacaqlar . İlham Əliyev vurğuladı ki , ermənilər birmənalı şəkildə anlamalıdırlar ki , onların Azərbaycanla dinc, yanaşı yaşamaqdan başqa çıxış yolları yoxdur. Əks təqdirdə, yenə də itirən ermənilər olacaqdır. Əgər yenə də hər hansı təxribat etmək fikrinə düşsələr, yenə də "Qisas " əməliyyatındakı kimi aqibətləri acınacaqlı olacaqdır. Ələddin Əhmədov, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi